"Fənərbağça"dan Con Durana XƏBƏRDARLIQ

"Fənərbağça"dan Con Durana XƏBƏRDARLIQ

Hazırda oxunan: "Fənərbağça"dan Con Durana XƏBƏRDARLIQ

586315

"Fənərbağça"nın hücumçusu Con Duran son dövrlərdə aqressiv davranışları ilə gündəmə gəlib.

Bizim.Media xəbər evrir ki, son oyunlarda Duran həm rəqiblərə, həm də komanda yoldaşlarına qarşı gərgin və aqressiv davranışlar sərgiləyib.

Kolumbiyalı futbolçunun bu davranışları klub rəhbərliyinin və texniki heyətin diqqətindən yayınmayıb.
 

Futbolçu "Ferensvaroş"la oyunun əlavə dəqiqələrində qırmızı vərəqə alaraq komandasının "Brann"la qarşılaşmasında iştirak edə bilməyib. Daha sonra “Konyaspor” matçında oyundan çıxarıldıqdan sonra baş məşqçi Tedesconun uzatdığı əli sıxmayıb.


Bütün bu davranışlar klub rəhbərliyi və texniki heyəti hərəkətə gətirib. Sarı-lacivərtlilər Duranla xüsusi görüş keçirərək futbolçuya daha sakit və nəzakətli olmaqla bağlı xəbərdarlıq ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO