Olimpiya məşəlini Böyük Çin Səddinin ən məşhur hissəsindən Ceki Çan keçirdi

Olimpiya məşəlini Böyük Çin Səddinin ən məşhur hissəsindən Ceki Çan keçirdi

Hazırda oxunan: Olimpiya məşəlini Böyük Çin Səddinin ən məşhur hissəsindən Ceki Çan keçirdi

58561

Məşhur çinli aktyor Ceki Çan Pekin Qış Oyunlarında Olimpiya məşəlinin estafetində iştirak edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Beijing Daily” məlumat yayıb.

68 yaşlı aktyor estafetin otuzuncu məşəldarı olub. Çan olimpiya məşəlini Böyük Çin Səddinin ən məşhur hissəsindən keçirib.

Qeyd edək ki, aktyor 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında məşəl estafetində iştirak edib.

Çan dünyanın ən məşhur döyüş qəhrəmanlarından biridir. Həm də akrobatik döyüş tərzi və komediya istedadı ilə tanınır. Aktyor 100-dən çox filmdə rol alıb və dünyanın ən məşhur Asiyalı aktyorudur.
Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 4-də baş tutacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO