Ronaldo "Forsaj" filminə çəkiləcək

Ronaldo "Forsaj" filminə çəkiləcək

Hazırda oxunan: Ronaldo "Forsaj" filminə çəkiləcək

585565

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo məşhur "Forsaj" filminə çəkiləcək. 

Bizim.Media xəbər verir ki, bu haqda Vin Dizel açıqlamasında deyib. Amerikalı aktyor və prodüser sosial mediada portuqaliyalı futbolçunun məşhur filmdə rol alacağı ilə bağlı uzun müddətdir yayılan şayiələri təsdiqləyib. 

"Hamı onun "Forsaj" filmində olub-olmadığını soruşurdu. Bu, mütləq baş verir. Biz onun üçün rol yazdıq" deyə Dizel bildirib.
 

Əvvəllər elan edildiyi kimi filmin 11-ci hissəsinin premyerası 2027-ci ilin aprelində planlaşdırılıb və sonuncu olacaq.


Yeri gəlmişkən, "Universal Studios" hələlik heç bir kastinqi rəsmi olaraq təsdiqləməyib. Mediada bildirildiyi kimi, layihənin növbəti adı "Sürətli əbədi"dir. Lakin bu ad hələ rəsmi olaraq təsdiqlənməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO