“Qarabağ” klubu ötən mövsümdə bir çox çempionat oyunlarını Tofiq Bəhramov adına respublika stadionunda keçirirdi. Bu mövsüm isə fərqlidir. Klub respublika stadionundan yalnız Avrokubok matçlarında istifadə edir.
Düzdür, mövsüm başlayanda arenanın otu o qədər də yaxşı vəziyyətdə deyildi. Gözləmək olar ki, Ağdam klubu bəlkə də bu səbəbdən “Azərsun Arena”nın xidmətlərindən istifadə edir.
Ancaq komandanın mətbuat katibi Anar Hacıyev Bizim.Media-ya açıqlamasında məsələnin bununla əlaqədar olmadığını deyib:
“Bizim çempionat oyunlarını Tofiq Bəhramov adına respublika stadionunda keçirməməyimizin konkret bir səbəbi yoxdur. Əvvəlcədən mövsüm üçün iki stadion slfariş vermişik. “Azərsun arena” və Respublika stadionu. “Azərsun arena” kluba məxsus stadiondur və ev oyunlarımızı da məhz orada keçiririk. Respublika stadionundan isə Avrokubok matçlarında istifadə edirik.
Düzdür, ötən mövsüm bəzi çempionat oyunlarını Tofiq Bəhramovda keçirmişik. Bu da öz stadionumuzda təmir işləri gedən zaman baş verib”.
Bizim.Media

































































































