İtaliya nəhəngləri “Leççe”nin gənc müdafiəçisi üçün hərəkətə keçib.
Bizim.Media xəbər veirr ki, “Tuttosport”un məlumatına görə, İtaliyanın “Yuventus” və “Napoli” klubları “Leççe”nin mərkəz müdafiəçisi Tiaqo Qabrieli hədəfə alıb.
Hər iki klub qış transfer pəncərəsində 20 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır.
Neapol təmsilçisinin həmçinin “Sassuolo”nun müdafiəçisi Tarik Muharemoviçi də izlədiyi bildirilir.
Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 15 oyunda meydana çıxan Qabriel 1 qolla yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Bizim.Media

- A-
- A
- A+
İdman
17:15 / 06.12.2025
İtaliya nəhəngləri gənc müdafiəçi üçün SƏFƏRBƏR OLDU
Hazırda oxunan: İtaliya nəhəngləri gənc müdafiəçi üçün SƏFƏRBƏR OLDU
Hazırda oxunan: İtaliya nəhəngləri gənc müdafiəçi üçün SƏFƏRBƏR OLDU
584170
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































