“Qarabağ” bu gün “Karvan-Yevlax”ı sınağa çəkəcək

“Qarabağ” bu gün “Karvan-Yevlax”ı sınağa çəkəcək

Hazırda oxunan: “Qarabağ” bu gün “Karvan-Yevlax”ı sınağa çəkəcək

583598

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha 3 oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, günün ilk matçlarında “İmişli” “Sabah”ı, “Şamaxı” “Baku Sportinq”i qəbul edəcək. Hər iki görüş saat 14:00-da başlayacaq.

Günün son qarşılaşmasında isə “Qarabağ” öz meydanında “Karvan-Yevlax”ı sınağa çəkəcək.

Oyun saat 19:00-da start götürəcək. Bu cütün qalibi 1/4 finalda “Şamaxı” – “Baku Sportinq” duelinin qalibi ilə qarşılaşacaq.
 

“İmişli” – “Sabah” görüşündən üstün ayrılan tərəf isə növbəti raundda "Qəbələ" - "Şəfa" matçının qalibi ilə üz-üzə gələcək.


Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra “Turan Tovuz” və “Zirə” 1/4 finala vəsiqə qazanıb. Ölkə kubokunda 1/8 final mərhələsinin oyunlarına dekabrın 4-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO