“Barselona” “Atletiko Madrid”i məğlub etdi – VİDEO

“Barselona” “Atletiko Madrid”i məğlub etdi – VİDEO

Hazırda oxunan: “Barselona” “Atletiko Madrid”i məğlub etdi – VİDEO

583573

İspaniya La Liqasında XV tura start verilib.

Bizim.Media xəbər verir ki, “Barselona” doğma meydanda “Atletiko Madrid”lə qarşılaşıb.

Görüş Kataloniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 19-cu dəqiqədə qonaqların heyətində Aleks Baena açıb. 26-cı dəqiqədə Rafinya hesabı bərabərləşdirib. Meydan sahiblərinin hücumçusu Robert Levandovski 36-cı dəqiqədə on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib. Dani Olmo 65-ci dəqiqədə “Barsa”nı önə keçirib.

Qarşılaşmada son nöqtəni 90+6-cı dəqiqədə Ferran Torres qoyub.

“Barselona” 37 xalla turnir cədvəlinə başçılıq edir. Madrid klubu isə 31 xalla 4-cü yerdə qərarlaşıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO