Fransanın PSJ klubunun heyətində ciddi itki baş verib.
Bizim.Media xəbər verir ki, Liqa 1 nəhənginin aparıcı üzvlərindən olan Nunu Mendeş sıradan çıxıb.
Portuqaliyalı sol cinah müdafiəçisi UEFA Çempionlar Liqası Liqa mərhələsinin "Tottenhem"lə matçında (5:3) sağ budundan zədə alıb. 23 yaşlı futbolçu sabah ölkə çempionatının "Monako" ilə matçında komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, PSJ Nunu Mendeşi 2021-ci ilin yayında Lissabon "Sportinq"indən transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
21:20 / 28.11.2025
PSJ-də ŞOK İTKİ
Hazırda oxunan: PSJ-də ŞOK İTKİ
Hazırda oxunan: PSJ-də ŞOK İTKİ
582923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































