“Zirə” səfərdə “Kəpəz”ə qalib gəldi - VİDEO

“Zirə” səfərdə “Kəpəz”ə qalib gəldi - VİDEO

Hazırda oxunan: “Zirə” səfərdə “Kəpəz”ə qalib gəldi - VİDEO

582887

Bu gün Misli Premyer Liqasında 13-cü tura start verilib. 

Bizim.Media xəbər verir ki, ilk oyunda “Kəpəz” “Zirə”ni qəbul edib. 
 

Gəncə təmsilçisi artıq ev oyunlarını Yevlaxda keçirməyə qərar verdiyi üçün, “Zirə”ni də məhz Yevlax şəhər stadionunda qəbul edib. Qarşılaşma qonaqların inamlı qələbəsiylə yekunlaşıb.


Qeyd edək ki, günün digər oyunu “Turan Tovuz”la “Neftçi” arasında olacaq. Baş məşqçisiz qalmış “ağ-qaralar” çətin səfərdən xalla qayıtmağa çalışacaq.

“İmişli” – ”Sabah” və “Qarabağ” – “Karvan-Yevlax” oyunları 29 noyabrda, “Şamaxı” – “Sumqayıt” və “Qəbələ” – “Araz-Naxçıvan” oyunları isə 30 noyabrda keçiriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO