Slot “Liverpul”un zədəli futbolçularının son durumundan DANIŞDI

Slot “Liverpul”un zədəli futbolçularının son durumundan DANIŞDI

Hazırda oxunan: Slot “Liverpul”un zədəli futbolçularının son durumundan DANIŞDI

582775

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasında “Vest Hem”lə oyundan öncə zədəli futbolçuların durumu barədə açıqlama verib.

Bizim.Media xəbər verir ki, mütəxəssis qapıçı Alisson Bekker, yarımmüdafiəçi Florian Virtz və hücumçu Uqo Ekitikenin bazar günü baş tutacaq matçda iştirak edə biləcəyini bildirib.
 

Slot Alissonun komanda ilə məşqlərə başladığını, Virtzin bərpa prosesini yekunlaşdırdığını, Ekitikenin probleminin isə ciddi olmadığını vurğulayıb.


Xatırladaq ki, Alisson və Virtz Çempionlar Liqasında PSV-yə məğlub olduqları (1:4) görüşü buraxmış, Ekitike isə həmin oyunda zədələnərək əvəzlənmişdi.

Qeyd edək ki, komandalar arasında qarşılaşma 30 noyabr tarixində baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO