UEFA “Qarabağ”ı CƏZALANDIRDI

UEFA “Qarabağ”ı CƏZALANDIRDI

Hazırda oxunan: UEFA “Qarabağ”ı CƏZALANDIRDI

582752

UEFA İntizam Komitəsi “Qarabağ” klubunu cəzalandırıb.

Bizim.Media UEFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin U-19 komandasının UEFA Gənclər Liqasının IV turunda evdə “Çelsi” ilə keçirilən oyun zamanı azarkeşlərinin davranışı olub.
 

Məlumata əsasən, “Qarabağ”ın azarkeşləri rəqibin futbolçusuna qarşı irqçilik edib. UEFA buna görə “Qarabağ”ı 5000 avro məbləğində cərimələyib. Kluba həmçinin növbəti ev oyununu azarkeşsiz keçirmə şərti cəzası verilib.


“Qarabağ” azarkeşləri bu müddətdə təkrar irqçi hərəkətlər edərlərsə, cəza qüvvəyə minəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO