Millimizin 2 boksçusu Avropa çempionatının 1/4 FİNALINDA

Millimizin 2 boksçusu Avropa çempionatının 1/4 FİNALINDA

Hazırda oxunan: Millimizin 2 boksçusu Avropa çempionatının 1/4 FİNALINDA

582205

Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb.

55 kiloqramda Amin Məmmədzadə 1/8 finalda Friha İsmail Maqraovi (İspaniya) ilə döyüşüb.

Boksçumuz rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:25) hesabı ilə məğlub edib. O, 1/4 finalda Qor Ayvazyanla (Gürcüstan) qarşılaşacaq.
 

Tağı Nəsibov (60 kiloqram) da ilk döyüşündən qalib ayrılıb. Təmsilçimiz 1/8 finalda Yakub Krzpyetdən (Polşa) üstün olub – 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28). O, növbəti görüşündə Qavin Ryanla (İrlandiya) üz-üzə gələcək.


Nəsibov yarımfinal uğrunda sabah, Məmmədzadə noyabrın 26-da rinqə çıxacaq.

Avropa çempionatı noyabrın 29-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO