2 boksçumuz Avropa çempionatına qələbə ilə BAŞLADI

2 boksçumuz Avropa çempionatına qələbə ilə BAŞLADI

Hazırda oxunan: 2 boksçumuz Avropa çempionatına qələbə ilə BAŞLADI

582005

Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatına start verilib.

Bizim.Media  xəbər verir ki, Azərbaycan millisinin 2 idmançısı ilk gündə qələbə qazanıb.
 

Əli Abdullayev (65 kiloqram) 1/16 finalda Milan Petrimanla (Macarıstan) qarşılaşıb. Döyüş boksçumuzun 5:0 (29:28, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb. Ə.Abdullayev ikinci görüşündə Belge Kağanla Kanlı (Türkiyə) ilə üz-üzə gələcək.



Nicat Əlirzayev (70 kiloqram) də adını 1/8 finala yazdırıb. O, startda Arturs Vaisladan (Latviya) güclü olub – 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:26). Boksçumuz növbəti qarşılaşmasında Camel Cemmalı (Fransa) sınağa çəkəcək. Hər iki təmsilçimiz 1/8 final döyüşünə sabah çıxacaq.

Qeyd edək ki, Avropa çempionatına noyabrın 29-da yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO