“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”da komanda yoldaşı olmuş Mahir Emreli ilə bağlı maraqlı fikirlər sələndirib.
Bizim.Media xəbər verir ki, o, İTV-nin “Bol idman” verilişində M.Emreli ilə klubu “Legiya” (Polşa) arasında yaranan problemdə futbolçumuza haqq qazandırıb.
MÖVZU İLƏ BAĞLI:
"Legiya" Mahir Emreliyə yeni qiymət qoydu - MƏBLƏĞ
“Azarkeşlərlə onun arasında hadisə baş verdikdən iki gün sonra özü ilə də danışdım. Əvvəlcə elə bildim ki, mətbuat bu məsələni şişirir. Çünki bir dəfə də “Legiya”nın futbolçuları azarkeş hücumuna məruz qalmışdı. Ancaq bu dəfə Mahirə avtobusda əl atıblar. Onunla hadisəni detallı danışdım. İlk dəfədir ki, onun qərarını dəstəkləyirəm”.
Bizim.Media