9 yaşlı Nuraya AFFA yox dedi, İsveçdən təklif gəldi – VİDEO

9 yaşlı Nuraya AFFA yox dedi, İsveçdən təklif gəldi – VİDEO

Hazırda oxunan: 9 yaşlı Nuraya AFFA yox dedi, İsveçdən təklif gəldi – VİDEO

581694

Azərbaycanda 9 yaşlı futbolçu qıza İsveçdən təklif gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə futbol eksperti Kənan Məstəliyev sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, Sumqayıt sakini 9 yaşlı Nuraya AFFA-dan imtina gəlib:

“Bu qızın adı Nuraydır, 9 yaşı var. Dəhşət futbol sevgisi var. Azərbaycanda qız liqaları 12 yaşdan başlayır, o yaşa qədər də yaşadığı şəhərdə - Sumqayıtda qız komandası yoxdur. Bakıya da aparıb-gətirmək alınmır. Çıxılmaz vəziyyət yaranıb. Məşqçiləri AFFA-ya müraciət edərək istisna hal kimi yaşıdı oğlanlarla bir komandada oynamağa icazə vermələrini xahiş ediblər. Qurum qaydaları əsas gətirərək imtina edib”.

Ekspert AFFA-dan kiçik qıza "yaşıl işıq" yandırmağı xahiş edib:

“Məndə olan məlumata görə, artıq uşağa İsveçdən təklif var, israrlıdırlar. Aparacaqlar, 6-7 ildən sonra gedib ailəsinin qapısında yatacağıq ki, bəs gəlsin yığmamızda oynasın. Hazır kadrdır. Onsuz da bütün günü oğlanlarla oynayır, üstələyir onları. Belə istisnalar əvvəllər edilib, bəzi qızlara icazə verilib. Onsuz da aşağı yaş qruplarında yarışlarda nəticə əhəmiyyət daşımır, hesablar yazılmır. Rəqabət həvəskar səviyyədədir. İstisna kimi şans verək, necə effekt verəcəyini yoxlayaq”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO