ABŞ-ın "Vankuver Uaytkeps" klubunun hücumçusu Tomas Müller klubdakı gələcəyi barədə açıqlama verib.
Bizim.Media xəbər verir ki, almaniyalı futbolçu 2025-ci ildən sonra da Kanada təmsilçisinin heyətində qalmaq niyyətində olduğunu bildirib.
O, yeni komandasında özünü xoşbəxt hiss etdiyini və buradakı atmosferin Almaniyadakından daha az gərgin olduğunu vurğulayıb. Hücumçu əsas hədəfinin titullar qazanmaq olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, futbolçunun klubla müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir və müddətin daha bir il uzadılması imkanı var.
Bizim.Media

























































































