“Betis” İsko ilə müqaviləni YENİLƏYİR

“Betis” İsko ilə müqaviləni YENİLƏYİR

Hazırda oxunan: “Betis” İsko ilə müqaviləni YENİLƏYİR

581612

İspaniyanın “Betis” klubu ulduz futbolçusu İsko ilə müqaviləni yeniləmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, klub 33 yaşlı yarımmüdafiəçi ilə yollarını ayırmağı düşünmür.

Yeni razılaşmaya əsasən, müddətin ən azı 2028-ci ilə qədər uzadılacağı və İskonun komanda yoldaşı Antoni ilə birlikdə klubun ən çox qazanan futbolçusu olacağı bildirilir.

Hazırda onun bonuslar da daxil olmaqla mövsümdə 7,8 milyon avro qazandığı qeyd olunur.
 

Məlumata görə, İsko komandada qalmaqdan məmnundur və yaxın gələcəkdə klubdan ayrılmağı düşünmür.


Qeyd edək ki, avqustda aldığı ağır zədədən sonra məşqlərə qayıdan futbolçunun beynəlxalq fasilə başa çatdıqda meydana çıxması gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO