"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini SAĞALTDI

"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini SAĞALTDI

Hazırda oxunan: "Milan”ın futbolçusu derbi matçına qədər zədəsini SAĞALTDI

581605

"Milan”ın fransalı yarımmüdafiəçisi Adrien Rabyo yaşıl meydanlara geri dönüb.

Bizim.Media xəbər verir ki, təxminən bir ay əvvəl Fransa millisinin heyətində baldır əzələsindən zədə alan futbolçu artıq komanda ilə məşqlərə başlayıb.

Onun “İnter”lə baş tutacaq derbi matçında meydana çıxması gözlənilir.
 

Təcrübəli oyunçunun sözlərinə görə, sağalma prosesi bir qədər uzun çəksə də, hazırda özünü həm fiziki, həm də psixoloji cəhətdən tam hazır hiss edir. Futbolçu derbi atmosferini yaşamaq üçün səbirsizləndiyini vurğulayıb.


Qeyd edək ki, Rabyonun yoxluğunda A Seriyasında çıxış edən “Milan” bu müddətdə keçirdiyi oyunlarda cəmi 2 qələbə qazana bilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO