Bakıda Məmmədyarovlar ailəsinin şahmat məktəbi açıldı

Bakıda Məmmədyarovlar ailəsinin şahmat məktəbi açıldı

Hazırda oxunan: Bakıda Məmmədyarovlar ailəsinin şahmat məktəbi açıldı

0:00
0:00
58143

Gənclər və idman naziri Fərid Qayıbov bu gün Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə yeni istifadəyə verilən “Məmmədyarovlar məktəbi”ndə olub.

Bizim.Media nazirliyə istinadən xəbər verir ki, Federasiyanın prezidenti Mahir Məmmədovun da iştirak etdiyi görüşdə nazir Məmmədyarovların şahmat ailəsinin üzvləri - Şəhriyar, Zeynəb, Türkan və onların atası Həmidlə söhbət edib.

Məktəbə Zeynəb Məmmədyarova rəhbərlik edir. O bildirib ki, məktəbdə eyni vaxtda 30-a yaxın uşaq təhsil ala bilər. Dərslər Azərbaycan, rus və ingilis dillərində keçirilir.

Məktəbin açılışına qədər uşaqlar Sumqayıtda Məmmədyarovlar evində təhsil alıblar və respublika səviyyəsində müəyyən nailiyyətlər əldə ediblər.

Məktəb Altes Plaza kompleksində yerləşir. Orada Zeynəb və Türkandan başqa digər təlimçilər də dərs deyir. Şəhriyar Məmmədyarov isə orada vaxtaşırı olaraq sürətli oyun seansları keçirəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO