Azərbaycan Kubokunda 1/4 final mərhələsi başlayır - 2 oyun 

Azərbaycan Kubokunda 1/4 final mərhələsi başlayır - 2 oyun 

Hazırda oxunan: Azərbaycan Kubokunda 1/4 final mərhələsi başlayır - 2 oyun 

58077

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək. 

Bizim.Media-nın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq. 

Günün ilk görüşü "Qarabağ" və kubokun son qalibi "Keşlə" arasında olacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 17:30-da başlayacaq. Oyunu Vüqar Həsənli idarə edəcək. 

Günün digər oyununda "Neftçi" "Bakcell Arena"da "Sabah"ı qəbul edəcək. Saat 19:45-də başlayacaq görüşün baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.
Komandalar bunadək Azərbaycan Kubokunda üz-üzə gəlməyiblər. 

Qeyd edək ki, 1/4 finalın ilk oyunlarına fevralın 2-də keçiriləcək "Zirə" - "Səbail" və "Sumqayıt" - "Qəbələ" matçları ilə yekun vurulacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO