“Napoli”nin daha bir futbolçusu “Qarabağ”a qarşı OYNAMAYACAQ

“Napoli”nin daha bir futbolçusu “Qarabağ”a qarşı OYNAMAYACAQ

Hazırda oxunan: “Napoli”nin daha bir futbolçusu “Qarabağ”a qarşı OYNAMAYACAQ

580465

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Napoli" daha bir aparıcı oyunçusunun xidmətindən məhrum olub.

Bizim.Media xəbər verir ki, Neapol təmsilçisinin yarımmüdafiəçisi Frank Zambo Anqissa sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Anqissa Kamerun milli komandasının düşərgəsində sol ayağının bud sümüyündən zədə alıb. 29 yaşlı futbolçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
 

Zambo Anqissa bu mövsüm komandanın heyətində meydana çıxdığı 15 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


"Napoli"nin əsas heyət üzvlərindən olan Romelu Lukaku və Kevin De Bruyne də zədə səbəbindən komandadan ayrı qalıblar.

Qeyd edək ki, "Qarabağ"ın "Napoli" ilə oyunu noyabrın 26-da İtaliyada keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO