Azərbaycan klubu Çempionlar Liqaısında növbəti oyununu keçirəcək

Azərbaycan klubu Çempionlar Liqaısında növbəti oyununu keçirəcək

Hazırda oxunan: Azərbaycan klubu Çempionlar Liqaısında növbəti oyununu keçirəcək

580211

Bu gün “Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsinin B qrupunda növbəti matçına çıxacaq.

Bizim.Media xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gələcək.

B qrupunun matçı Milli Gimnastika Arenasında saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Bakı klubu daha əvvəl bu rəqibinə 71:84 hesabı ilə uduzub. “Sabah” həmçinin Çexiyanın “Nimburk” (65:93) və Almaniyanın “Alba” (76:85) komandalarına da məğlub olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO