“Real Madrid”dən bomba kimi TRANSFER – Mbappe İspaniyaya gəlir

“Real Madrid”dən bomba kimi TRANSFER – Mbappe İspaniyaya gəlir

Hazırda oxunan: “Real Madrid”dən bomba kimi TRANSFER – Mbappe İspaniyaya gəlir

57994

"Real Madrid" Fransanın PSJ klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Kilian Mbappeni transfer edib.

Bizim.Media Bild nəşrinə istinadən xəbər verir ki, son dəqiqə informasiyasına görə, Kilian Mbappe "Real Madrid"lə xalis maaş və illik 50 milyon avro bonuslar barədə razılığa gəlib.

Mbappenin müqaviləsi mövsümün sonundan qüvvədə olacaq.

Mbappe üçün bonservis ödəməyəcək “Real Madrid” imza pulu və menecerin qonorarı kimi bir məbləğlə fransız ulduzu razı salıb.

“Real Madrid” keçən yay transfer dönəmində 180 milyon avroluq rəqəmlə Fransa klubunun qapısını döysə də, razılıq əldə olunmamışdı.

Kilian Mbappe bu mövsüm PSJ-də 25 oyunda 18 qol vurub və 12 məhsuldar ötürmə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO