“Mahiri İstanbulda gözləyirik” - Belözoğludan yeni açıqlama

“Mahiri İstanbulda gözləyirik” - Belözoğludan yeni açıqlama

Hazırda oxunan: “Mahiri İstanbulda gözləyirik” - Belözoğludan yeni açıqlama

57976

“Dediyim kimi, biz Mahiri komandamızda görmək istəyirik. Düşünürəm ki, o, bizi gücləndirə bilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri azerisport.com-a müsahibəsində Türkiyənin “Başakşehir” klubunun baş məşqçisi Emre Belözoğlu bildirib.

Onun sözlərinə görə, hazırda onlar “Legiya” ilə Mahir arasındakı məsələlərin həllini gözləyirlər:

“Mahir bizim onu heyətimizə qatmaqla bağlı ciddi niyyətimizdən xəbərdardır. Ümid edirəm ki, tezliklə hər şey həll olunacaq. Biz Mahiri İstanbulda gözləyirik”.

Xatıradaq ki, “Legiya” (Polşa) ilə aralarındakı problemə görə Mahir bu qış klubunu dəyişmək istəyir.

Qeyd edək ki, E.Belözoğlu dünən Türkiyənin "Anadolu" agentliyinə verdiyi açıqlamada deyib:

"Bəli, Mahir Emreli maraqlandığımız futbolçudur. Bildiyimə görə, Polşada xoşagəlməz bir olayla qarşılaşıb. O vəziyətdən çıxmağa çalışır. Onun transfer məsələsi ilə vitse-prezidentimiz Mustafa Eröğüt çalışır. Mənim məsələ ilə bağlı bilgim bu qədərdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO