İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Enso Mareska sabah Bakıda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”a qarşı oyundan əvvəl fikirlərini bölüşüb/
Bizim.Media xəbər verir ki, bu barədə azerisport.com saytı yazıb.
“Qarabağ”la oyun bizim üçün çox önəmlidir. Bu mərhələdə ardıcıl üçüncü qələbəmizi qazana bilərik. Bunun asan olmayacağını başa düşürük. Həftəsonu Premyer Liqa oyunumuz olduğuna görə bu görüşdə heyətdə rotasiya olacaq. Uzun səfər bizi gözləyir, amma tez uyğunlaşmalıyıq.
“Qarabağ” çox yaxşı komandadır. Onlar “Benfika”nı 3:2, “Kopenhagen”i 2:0 hesabı ilə məğlub ediblər. “Atletik”lə oyunda da önə keçmişdilər, amma sonda 1:3 hesabı ilə uduzdular. Əminəm ki, bizə qarşı da oyun asan olmayacaq,” – deyə Mareska bildirib.
Mütəxəssis həmçinin zədəsi səbəbindən sabahkı görüşdə iştirak etməyəcək Koul Palmer barədə də danışıb:
“Palmer bizim üçün çox vacib oyunçudur. Təəssüf ki, sabah ‘Qarabağ’a qarşı bizə kömək edə bilməyəcək. Onun tezliklə sağalmasını gözləyirik.”
Mareska “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun uzunmüddətli fəaliyyətinə də toxunub:
“Belə bir halı hələ görməmişəm. Bu, inanılmazdır. 17 il eyni klubda işləmək — doğrudan da möhtəşəmdir. Komanda çox güclüdür. Ev oyunlarında çox intensiv çıxış edirlər. Bu, çətin oyun olacaq.”
Bizim.Media

- A-
- A
- A+
İdman
18:00 / 04.11.2025
“Çelsi”nin baş məşqçisi: “Bu, çətin oyun olacaq”
Hazırda oxunan: “Çelsi”nin baş məşqçisi: “Bu, çətin oyun olacaq”
Hazırda oxunan: “Çelsi”nin baş məşqçisi: “Bu, çətin oyun olacaq”
578877
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































