Futbol üzrə Misli Premyer Liqasında X turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Şamaxı”nı qəbul edib. Tovuz şəhər stadionunda təşkil olunan görüş meydan sahiblərinin 2:1 hesabı qələbəsi ilə bitib.
İkinci oyunda isə "Araz-Naxçıvan" "Sumqayıt"la səfərdə üz-üzə gəlib. Matç “kimyaçılar”ın üstünlüyü ilə yekunlaşıb - 3:2.
Bu nəticələrdən sonra Tovuz klubu 21 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib. "Sumqayıt” 17 xalla 4-cü, Naxçıvan klubu 16 xalla 5-ci, Şamaxı təmsilçisi 10 xalla 9-cu yerdədir.
Bizim.Media

- A-
- A
- A+
İdman
21:46 / 02.11.2025
"Sumqayıt" 3 xalı 3 qolla qazandı - VİDEO
Hazırda oxunan: "Sumqayıt" 3 xalı 3 qolla qazandı - VİDEO
Hazırda oxunan: "Sumqayıt" 3 xalı 3 qolla qazandı - VİDEO
578540
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































