“Qarabağ”ın sabiq futbolçusu Ovusu Kvabeanın karyerasını yenidən Azərbaycanda davam etdirmək imkanı olub.
Bizim.Media xəbər verir ki, hətta 28 yaşlı hücumçu yayda Premyer Liqa təmsilçilərinə də təklif edilib.
Lakin qanalı forvardın çox maaş istəməsi transferə mane olub.
Qeyd edək ki, Ovusu Kvabena 2020-2023-cü illərdə Ağdam klubunun formasını geyinib. O, “köhlən atlar”la iki dəfə Azərbaycan çempionu olub. Hücumçu hazırda İsrailin yüksək liqasında çıxış edən “Makkabi Bney Reyneh” komandasının formasını geyinir.
Bizim.Media

- A-
- A
- A+
İdman
16:54 / 30.10.2025
Kvabena çox maaş istədi, Azərbaycana QAYIDA BİLMƏDİ
Hazırda oxunan: Kvabena çox maaş istədi, Azərbaycana QAYIDA BİLMƏDİ
Hazırda oxunan: Kvabena çox maaş istədi, Azərbaycana QAYIDA BİLMƏDİ
578047
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































