Cüdo millimiz hazırlığı Bakıda davam etdirir

Cüdo millimiz hazırlığı Bakıda davam etdirir

Hazırda oxunan: Cüdo millimiz hazırlığı Bakıda davam etdirir

577937

Azərbaycanın cüdo üzrə milli komandaları 6-cı İslam Həmrəyliyi Oyunları və U-23 Avropa çempionatına hazırlığın son mərhələsini Bakıda davam etdirir.

Bizim.Media xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən təlim-məşq toplanışında yığmamızla yanaşı Türkiyə, Serbiya, Avstriya, Almaniya və Çexiya cüdoçuları da iştirak edirlər.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarının cüdo yarışları 8–10 noyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək.

U-23 Avropa çempionatı isə 31 oktyabr – 1 noyabr tarixlərində Moldovanın paytaxtı Kişineuda baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO