Vinisius “El Klasiko”dakı hərəkətinə görə ÜZR İSTƏDİ

Vinisius “El Klasiko”dakı hərəkətinə görə ÜZR İSTƏDİ

Hazırda oxunan: Vinisius “El Klasiko”dakı hərəkətinə görə ÜZR İSTƏDİ

577917

Vinisius Junior “El Klasiko” görüşündə əvəzlənərkən göstərdiyi emosional reaksiyaya görə üzr istəyib. 

Bizim.Media xəbər verir ki, braziliyalı hücumçu bu barədə şəxsi sosial media hesabında açıqlama yayıb.
 

“Bu gün mən “El Klasiko” zamanı əvəzləndikdə verdiyim reaksiyaya görə bütün madridlilərdən üzr istəyirəm.


Elə həmin gün məşq zamanı bunu komanda yoldaşlarıma, klub rəhbərliyinə və prezidentə də şəxsən demişəm. Bəzən ehtiras məni üstələyir, çünki mən həmişə qalib gəlmək və komandama kömək etmək istəyirəm. Mənim döyüş ruhum bu klubun nəyi təmsil etdiyinə olan sevgidən gəlir”, – Vinisius bildirib.

Futbolçu əlavə edib ki, “Real Madrid” uğrunda mübarizəni davam etdirəcək:

“İlk gündən etdiyim kimi, hər saniyəni bu klubun xeyrinə savaşaraq keçirməyə davam edəcəyimə söz verirəm”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO