“İnter”in qapıçısını 7 il həbs cəzası GÖZLƏYİR

“İnter”in qapıçısını 7 il həbs cəzası GÖZLƏYİR

Hazırda oxunan: “İnter”in qapıçısını 7 il həbs cəzası GÖZLƏYİR

577878

İtaliyanın “İnter” komandasının qapıçısı Josep Martines baş vermiş yol qəzası ilə bağlı istintaqa cəlb olunub.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu Lombardiya bölgəsində yerləşən Komo vilayətində əlil arabasında olan yaşlı kişini maşınla vuraraq onun ölümünə səbəb olub.

Regional prokurorluq hadisə üzrə ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə araşdırma başladıb.
 

İstintaq çərçivəsində yol örtüyünün vəziyyəti, əyləc izləri və avtomobilin hərəkət sürəti kimi bütün detallar araşdırılır.


Martinesə 7 ilədək həbs cəzası verilə bilər.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO