Almaniyanın “Kayzerslautern” futbol klubunda son iclasın keçirilməsinə baxmayaraq, komandanın baş məşqçisi Torsten Liberknextlə azərbaycanlı hücumçu Mahir Emreli arasında gərgin münasibətlər qalmaqdadır.
Bizim.Media xəbər verir ki, vəziyyət o qədər gərginləşib ki, Azərbaycan millisinin hücumçusu müqaviləsinin 2027-ci ilin yayına qədər davam etməsinə baxmayaraq, artıq qışda hazırkı klubunu tərk edə bilər.
Bu arada “Nürnberq” də yayda yollarını ayırdığı Emrelini geri qaytarmağa qarşı deyil. Komandanın baş məşqçisi Miroslav Kloze yaxınlarda bildirib ki, onlar hələ də futbolçu ilə əlaqə saxlayırlar.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
20:33 / 25.10.2025
Mahir Emreli “Nürnberq”ə qayıda bilər
Hazırda oxunan: Mahir Emreli “Nürnberq”ə qayıda bilər
Hazırda oxunan: Mahir Emreli “Nürnberq”ə qayıda bilər
577187
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































