Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Rafa Silva sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı futbolçunun ayaq əzələsində zədə aşkarlanıb. 32 yaşlı oyunçu bazar günün "Kasımpaşa" ilə matçda komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, Rafa Silva 2024-cü ilin yayında "Beşiktaş"da çıxış edir. Portuqalya millisinin sabiq üzvü bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 15 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
21:13 / 24.10.2025
“Beşiktaş”da CİDDİ İTKİ
Hazırda oxunan: “Beşiktaş”da CİDDİ İTKİ
Hazırda oxunan: “Beşiktaş”da CİDDİ İTKİ
577071
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































