Nazir daha bir idman federasiyasında görüş keçirdi - FOTO

Nazir daha bir idman federasiyasında görüş keçirdi - FOTO

Hazırda oxunan: Nazir daha bir idman federasiyasında görüş keçirdi - FOTO

57648

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Kamandan Oxatma Federasiyasının fəaliyyəti ilə tanış olub.

Bizim.Media xəbər verir ki, F.Qayıbov tanışlıq zamanı yığma komandanın məşq bazası ilə maraqlanıb. Federasiyanın baş katibi Murad İsfəndiyarov indiyədək görülən işlər və qarşıdakı planlar barədə naziri məlumatlandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Nazir daha bir federasiyanın fəaliyyəti ilə tanış oldu - FOTO


Yığmanın baş məşqçisi Natiq Fazilov qeyd edib ki, həftə sonları 30-dək idmançının məşq etdiyi bazanın şəraiti standartlara cavab vermədiyi üçün komanda üçün daha yaxşı şəraitin yaradılmasına ehtiyac var.

Yeniyetmə və gənc idmançılarla söhbət edən nazir onların məşqlərini izləyib və problemləri ilə maraqlanıb. Bildirilib ki, hazırda idmançıların əsas hədəfi 5-ci İslam Həmrəyliyi Oyunlarına hazırlıqdır.

Qeyd edək ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO