"Real"ın baş məşqçisi Xabi Alonso La Liqanın “Vilyarreal” – “Barselona” matçının (17-ci tur) ABŞ-da keçirilməsi haqda qəbul etdiyi qərar barədə danışıb.
Bizim.Media xəbər verir ki, mütəxəssis bu qərarı dəstəkləmədiyini bildirib:
"Mənim fikrim iki ay əvvəl olduğu kimi qalır. Biz bunun əleyhinəyik. Hesab edirik ki, belə qərarlar rəqabəti korlayır. Bu matçın təşkili ilə bağlı etirazlar normaldır. Çünki bu, bir çox klubların fikirlərini əks etdirir. Bütün klublar öz mövqelərində yekdildir".
Bundan əvvəl İspaniya Futbolçular Assosiasiyası (AFE) yarışın ABŞ-da təşkili ilə bağlı qərara görə, La Liqanın 9-cu turunun bütün oyunlarının başlanğıcında oyunçuların simvolik olaraq etiraz edəcəklərini açıqlamışdı.
Bizim.Media

- A-
- A
- A+
İdman
03:43 / 19.10.2025
Xabi Alonsodan “Vilyarreal” – “Barselona” oyununa ETİRAZ
Hazırda oxunan: Xabi Alonsodan “Vilyarreal” – “Barselona” oyununa ETİRAZ
Hazırda oxunan: Xabi Alonsodan “Vilyarreal” – “Barselona” oyununa ETİRAZ
576028
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.