“Qarabağ” kimi komandaya qarşı oynamaq çətindir” - Berdiyev

“Qarabağ” kimi komandaya qarşı oynamaq çətindir” - Berdiyev

Hazırda oxunan: “Qarabağ” kimi komandaya qarşı oynamaq çətindir” - Berdiyev

575888

“Turan-Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 8-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan (1:2) danışıb.

Bizim.Media xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında məğlubiyyəti belə şərh edib:

“Hər iki komanda yaxşı oyun göstərdi. Təəssüf ki, ikinci hissənin əvvəlində iki qol buraxdıq. “Qarabağ” kimi komandaya qarşı oynamaq çətindir. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram”.

Berdiyev, komandasının fiziki cəhətdən zəiflədiyi barədə fikirlərlə razılaşmayıb:

“Fiziki baxımdan düşüş yox idi. Sadəcə, əvəzetmələr “Qarabağ”ın oyununu gücləndirdi. Biz müəyyən müddət hesabı qorumağa çalışdıq, bu da bir qədər təsir etdi. Amma “Qarabağ” yaxşı oynadı”.

Baş məşqçi əvəzetmələrin gec edildiyini də inkar edib:

“Xeyr, belə planlaşdırmışdıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO