Eltac Səfərli Avropa çempionatında qızıl medal aldı - FOTO

Eltac Səfərli Avropa çempionatında qızıl medal aldı - FOTO

Hazırda oxunan: Eltac Səfərli Avropa çempionatında qızıl medal aldı - FOTO

575366

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatının bağlanış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə komandalarla yanaşı lövhələr üzrə fərqlənən şahmatçılar da təltif olunub.

Azərbaycan şahmatçılarından Eltac Səfərli üçüncü lövhədə birinci yeri tutmaqla qızıl medala layiq görülüb. Şahmatçı 3 qələbə və 4 heç-heçə sayəsində bütün həmkarlarını qabaqlayıb.
 

Qadın şahmatçılardan isə Gülnar Məmmədova dördüncü lövhədə üçüncü yeri tutub. 8 turda 6 qələbə qazanan G.Məmmədovaya bağlanış mərasimində bürünc medal təqdim olunub.


Tədbirdə Avropa çempionatında ikinci yeri tutan kişi şahmatçılardan ibarət Azərbaycan komandasının üzvlərinə gümüş medal, diplom və kubok verilib.

Mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov təqdim edib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO