Arda “Qarabağ”ın futbolçusunu “Şaxtyor”a aparmaq istəyir

Arda “Qarabağ”ın futbolçusunu “Şaxtyor”a aparmaq istəyir

Hazırda oxunan: Arda “Qarabağ”ın futbolçusunu “Şaxtyor”a aparmaq istəyir

574242

Millinin və “Qarabağ”ın müdafiəçisi Toral Bayramov “Şaxtyor”un maraq dairəsindədir.

Bizim.Media Sportinfo.az-a istinadən xəbər verir ki, yayda Donetsk klubunun sükanı arxasına keçmiş Arda Turan onu öz sərəncamında görmək istəyir.

Türkiyəli baş məşqçi azərbaycanlı cinah oyunçusu ilə bağlı klub rəhbərliyinə raport təqdim edib.

O, Bayramovun hələ “Eyübspor”u çalışdırdığı vaxt diqqətini çəkdiyini, “Şaxtyor”a gələrsə, özünü yaxşı tərəfdən göstərə biləcəyini söyləyib.
 

A.Turan hesab edir ki, “Xəzər Lənkəran”ın yetirməsi böyük potensiala malikdir və 2-3 ilə yüksək qiymətə Avropaya satılması mümkündür.


Mütəxəssis son vaxtlar “Qarabağ”da əsas heyətə düşməyə çətinlik çəkən müdafiəçini sonradan birləfəlik transfer hüququna yiyələnmək şərti ilə icarəyə götürülməsinə də tərəfdardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO