"Real" "Barselona"nı məğlub edərək finala çıxdı - VİDEO

Hazırda oxunan: "Real" "Barselona"nı məğlub edərək finala çıxdı - VİDEO

55107

Yanvarın 12-də futbol üzrə İspaniya Super kubokunun yarımfinal oyunlarına start verilib.

Bizim.Media xəbər verir ki, ilk yarımfinalda "Barselona" və "Real Madrid" komandaları üz-üzə gəlib.

"Barselona"nın start heyətində meydana Andre Ter-Ştegen, Jerar Pike, Ronald Arauxo, Serxio Busgets, Usman Dembele, Dani Alveş, Lük de Yonq, Jordi Alba, Ferran Torres, Fenki de Yonq və Qavi çıxıblar.

"Real Madrid"in start "11-də" isə Tibo Kurtua, Dani Karvahal, Eder Militan, Naço Fernandes, Toni Kroos, Kərim Benzema, Luka Modriç, Marko Asensio, Kazemiro, Vinisius Junior və Ferlan Mendi yer alıblar.

Gərgin keçən görüşdə hesabı matçın 25-ci dəqiqəsində Madrid təmsilçisi açıb. Kərim Benzemanın ötürməsindən sonra Vinisius Junior fərqlənib.

Birinci hissənin başa çatmasına dörd dəqiqə qalmış "Barselona" hesaba tarazlıq gətirib. Lük de Yonq adını tabloya yazdırıb.

Fasilədən sonra daha üstün oyun nümayiş etdirən "kral" klubu yenidən hesabda önə keçib. Qarşılaşmanın 72-ci dəqiqəsində Kərim Benzema komandasının vacib qoluna imza atıb. Bu da oyunun əsas vaxtında sonuncu qol olmayıb. Matçın 83-cü dəqiqəsində kataloniyalıların gənc futbolçusu Ansu Fati Jorji Albanın cinah ötürməsindən sonra qapıya dəqiq baş zərbəsi endirib.

Görüşün əsas vaxtı bu hesabla başa çatdığından qalibi müəyyənləşdirmək üçün 15 dəqiqəlik iki əlavə hissə oynanılıb.

Əlavə olunmuş dəqiqələrin birinci hissəsinin 8-ci dəqiqəsində madridlilər üçüncü dəfə hesabda qabağa keçib. "Real"ın uruqvaylı futbolçusu Federiko Valverde fərqlənərək komandasını finala çıxmaqda böyük pay sahibi olub. Beləliklə, "Real Madrid" İspaniya Super kubokunun həlledici görüşünə vəsiqə qazanıb.

İndiyədək bütün rəsmi turnirlərdə baş tutan 247 “El Klasiko”nun 99-da paytaxt klubu, 96-da isə Kataloniya təmsilçisi qələbə qazanıb. Əlli iki görüşdə qalib müəyyənləşməyib.

“El Klasiko”larda ən çox oyun keçirən futbolçular hər iki komandanın sabiq kapitanı - Lionel Messi və Serxio Ramosdur. Hazırda hər ikisi Fransanın “Paris Sen-Jermen” klubunun şərəfini qoruyur.

Onlar 45 dəfə meydana start heyətdə çıxıblar. Kataloniya təmsilçisindən Paris komandasına keçən Messi 26 qolla əzəli və əbədi rəqabətdə ən çox fərqlənən futbolçudur.

Qeyd edək ki, finalda "Real Madrid"in rəqibi "Atletik Bilbao" - "Atletiko Madrid" görüşünün qalibi olacaq. Həmin görüş yanvarın 13-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO