\

\"Qarabağ\" gürcü qapıçını trensfer etdi – Müqavilənin detalları

Hazırda oxunan: \"Qarabağ\" gürcü qapıçını trensfer etdi – Müqavilənin detalları

54999

"Qarabağ" klubu Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini heyətinə qatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Köhlən atlar" 23 yaşlı qolkiperlə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, son olaraq icarə əsasında ölkəsinin "Dila" klubunda çıxış etmiş Luka Quqeşaşvili müqavilə ilə Polşa "Yagelloniya"sına məxsusdur.

O, bu komandanın heyətində heç bir oyuna çıxmayıb. Ölkəsində Tbilisi "Dinamo"sunun da formasını geyinmiş qapıçı Polşada "Podlyasye", İspaniyada isə "Qranada"nın B komandasında oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO