Türkiyənin "Qalatasaray" futbol klubuna yeni baş məşqçi təyin olunub.
Bizim.Media-nın məlumatına görə, bu barədə mətbuat konfransı zamanı İstanbul klubunun İdarə Heyətinin sədri Burak Elmas bildirib.
B.Elmas qeyd edib ki, komandanın yeni baş məşqçisi ispaniyalı mütəxəssis Domenek Torrent olacaq.
D.Torrent bu vəzifəyə istefaya göndərilən Fatih Terimin əvəzinə gələcək.
Qeyd edək ki, 59 yaşlı Domenek Torrent 2007-2018-ci illərdə "Barselona", "Bavariya" və "Mançester Siti"də Pep Qvardiolanın köməkçisi olub. O, daha sonra “Nyu-York Siti” və “Flamenqo”da baş məşqçi vəzifəsində çalışıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:28 / 12.01.2022
"Qalatasaray"da yeni BAŞ MƏŞQÇİ - Terimi Qvaridolanın köməkçisi əvəzlədi
Hazırda oxunan: "Qalatasaray"da yeni BAŞ MƏŞQÇİ - Terimi Qvaridolanın köməkçisi əvəzlədi
Hazırda oxunan: "Qalatasaray"da yeni BAŞ MƏŞQÇİ - Terimi Qvaridolanın köməkçisi əvəzlədi
54923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.