Avstraliya serb tennisçi Novak Cokoviçlə bağlı yeni araşdırmaya başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Age” nəşri məlumat yayıb.
Əvvəllər Avstraliya vizası ilə bağlı problem yaşayan serb tennisçi yanvarın 6-da ölkəyə daxil olarkən yalan məlumat verməkdə ittiham edilib.
Səlahiyyətlilər hesab edir ki, giriş bəyannaməsini doldurarkən Cokoviç Avstraliyaya səfərindən 14 gün əvvəl başqa ölkələrə səfər etmədiyini qeyd edib. Lakin məlum olub ki, idmançı bu müddət ərzində Serbiyadan İspaniyaya uçub.
Cokoviçin özü isə bəyan edir ki, o, bəyannaməni təkbaşına doldurmayıb, yerli tennis federasiyası bunu onun yerinə edib.
Avstraliya qanunlarına əsasən, Cokoviçi yalan və ya çaşdırıcı məlumat verdiyinə görə maksimum 12 ay həbs cəzası gözləyir.
Xatırladaq ki, Cokoviç “Böyük Dəbilqə” turnirində iştirak etmək üçün Melburna uçmuş, lakin viza müraciəti ilə bağlı qarışıqlıq səbəbindən pasport nəzarətindən keçə bilməmişdi. Bu yaxınlarda koronavirusa yoluxduğu üçün ona koronavirusa qarşı peyvənddən azad edən tibbi sənəd verilib. Eyni zamanda Cokoviçin komandasının üzvü də belə viza təqdim edib. Bundan sonra Avstraliya hakimiyyəti idmançının vizasını ləğv edib. O, immiqrasiya təcridxanasına göndərilib.
Bir gün əvvəl vizanın ləğvi ilə bağlı qərar məhkəmə tərəfindən ləğv edilib və Cokoviç sərbəst buraxılaraq məşq etməyə başlayıb.
Bununla belə, idmançının bundan sonra ölkədə qalması və turnirdə iştirakı sual altında qalıb. Avstraliyanın Miqrasiya naziri Alex Havke məhkəmə qərarından sonra vizanı ləğv etmək səlahiyyətinə malik olduğunu bildirib.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:33 / 11.01.2022
Avstraliya Cokoviçə qarşı yeni istintaqa başladı - Onu 1 il həbs gözləyir
Hazırda oxunan: Avstraliya Cokoviçə qarşı yeni istintaqa başladı - Onu 1 il həbs gözləyir
Hazırda oxunan: Avstraliya Cokoviçə qarşı yeni istintaqa başladı - Onu 1 il həbs gözləyir
54804
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.