Avstraliya məhkəməsi Cokoviçi azadlığa buraxdı

Avstraliya məhkəməsi Cokoviçi azadlığa buraxdı

Hazırda oxunan: Avstraliya məhkəməsi Cokoviçi azadlığa buraxdı

54634

Avstraliya məhkəməsində serb tennisçi Novak Cokoviç qalib gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı xarici mətbuat yayıb.

Mənbə yazır ki, hakim Entoni Kelli hökumətin tennisçinin vizasını ləğv etmək qərarını dayandırıb və qərardan sonra 30 dəqiqə ərzində Cokoviçin azadlığa buraxılması barədə göstəriş verib.

Xatırladaq ki, yanvarın 5-də Cokoviç yanvarın 17-də başlayacaq Avstraliya Açıq çempionatında iştirak etmək üçün Melburna gəlib.

Avstraliya Sərhəd Xidməti tennisçini viza səhvinə görə hava limanında saxlayıb. Serb ölkəyə koronavirus peyvəndindən azad olması ilə bağlı sənədlə daxil olmağa çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO