Güləşçimiz yarımfinala yüksəldi

Güləşçimiz yarımfinala yüksəldi

Hazırda oxunan: Güləşçimiz yarımfinala yüksəldi

5438

Azərbaycan güləşçisi Hacımurad Məhəmmədsəidov Serbiyanın paytaxtı Belqradda keçirilən fərdi dünya kuboku yarışlarının yarımfinal mərhələsinə yüksəlib.

Bizim.Media xəbər verir ki, turnirdə 92 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz ispan rəqibinə qalib gəlib.

Digər güləşçimiz Gitinoməhəmməd Hacıyev (70 kq) ilk görüşdə Küveyt idmançısını məğlubiyyətə uğradıb.

Millimizin üzvü Camaləddin Məhəmmədov (125 kq) ilk görüşdə Türkiyə təmsilçisinə qalib gəlsə də, növbəti mərhələdə Polşa təmsilçisinə məğlub olub.

İslam Bazarqanov (57 kq) isə debütdə Ukrayna güləşçisinə məğlub olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO