Əfsanələr meydana qayıdır:Fiqu və Ronaldinyo üz-üzə

Əfsanələr meydana qayıdır:Fiqu və Ronaldinyo üz-üzə

Hazırda oxunan: Əfsanələr meydana qayıdır:Fiqu və Ronaldinyo üz-üzə

53828
Aprelin 21-də Cenevrədə BMT-nin və UEFA-nın təşkilatçılığı ilə xeyriyyə matçı keçiriləcək.
 

Sfera.az  UEFA-nın saytına istinadla xəbər verir ki, "Stade de Geneve” arenasında baş tutacaq görüşdə "Fiqo və onun dostları” ilə "Ronaldinyo və onun dostları” komandaları qarşılaşacaqlar.
 

Fransalı Didye Deşamın baş məşqçisi olacağı "Fiqo və onun dostları” komandasının heyətində Luiş Fiqu, Dida, Vitor Bayya, Miçel Salqado, Frank de Bur, Rio Ferdinand, Kristian Kivu, Deyan Stankoviç, Rober Pires, Yari Litmanen, Kristian Karambö, Andrea Pirlo, Raul Qonsales, Robbi Kin, Kelli Smit və Nunu Qomeş yer alacaqlar.

İtaliyalı Karlo Ançelottinin rəhbərlik edəcəyi "Ronaldinyo və onun dostları” komandasının heyətində isə Ronaldinyo ilə yanaşı, Devid Ceyms, Antonios Nikopolidis, Culiano Belletti, Kafu, Edmilson, Keysi Stouni, Erik Abidal, Maykl Essyen, Yuri Corkayeff, Qaiska Mendyeta, Ronald de Bur, Henrik Larsson, Aleksandr Fray, Patrik Klüvert və Seliya Şaşiç mübarizə aparacaqlar.
 

Görüşü dünya şöhrətli sabiq italiyalı referi Pyerluici Kollina idarə edəcək.

Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO