“Sumqayıt”ın yeni baş məşqçisinin adı açıqlandı - Belarusludur 

“Sumqayıt”ın yeni baş məşqçisinin adı açıqlandı - Belarusludur 

Hazırda oxunan: “Sumqayıt”ın yeni baş məşqçisinin adı açıqlandı - Belarusludur 

53196

"Sumqayıt”ın yeni baş məşqçisi məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, komanda Aleksey Baqaya tapşırılıb. 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. Belaruslu baş məşqçi yeni vəzifədə Ayxan Abbasovu əvəzləyib.

Qeyd edək ki, Aleksey Baqa futbolçu karyerası dönəmində BATE (Borisov, Belarus), "Dauqava” (Dauqavpils, Latviya) və "Dinamo” (Brest, Belarus) komandalarının sükanı arxasında olub.

BATE ilə 2 dəfə Belarus çempionu (2002; 2006), 1 dəfə isə kubokun qalibi (2005/2006) olmuş Baqa məşqçi karyerasına da məhz Borisov təmsilçisində start verib.

O, 2011 - 2018-ci illərdə köməkçi-məşqçi, 2018-ci ildə baş məşqçi olub və komandanı Belarus çempionu edib. Növbəti mövsümdə UEFA Avropa Liqasında 1/16 final mərhələsinə kimi irəliləyən BATE həmin mərhələdə İngiltərə "Arsenal”ına məğlub olaraq, mübarizəni dayandırıb.
Bundan başqa, Aleksey Baqa "Jalgiris”ə 2020-ci ildə Litva, "Şaaxtyor" (Soliqorsk) komandasına isə 2021-ci ildə Belarus çempionluğu qazandırıb. O, Qazaxıstan "Aktobe”sinin də baş məşqçisi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO