Azərbaycan futbolunun 7 ƏSAS PROBLEMİ - Məşqçi, hücumçu və Premyer Liqa...

Azərbaycan futbolunun 7 ƏSAS PROBLEMİ - Məşqçi, hücumçu və Premyer Liqa...

Hazırda oxunan: Azərbaycan futbolunun 7 ƏSAS PROBLEMİ - Məşqçi, hücumçu və Premyer Liqa...

52426

1. Milli komanda DÇ və AÇ seçmə mərhələlərində 1 xal toplayır

2. Premyer Liqada 8 klub iştirak edir

3. Ölkədə futbolçu yetişmir

4. Hücumçu qıtlığı var

5. Akademiyada savadlı kadr azlığı

6. Məşqçi problemi

7. Sağlamlıq, fiziki göstəricilər

Bizim.Media xəbər verir ki, azərbaycanlı futbol fanatları "Qarabağ"dan başqa heç bir klubun beynəlxalq uğuruna inanmır. 
 

MÖVZU İLƏ BAĞLI:

"Qarabağ" "Zirə"ni məğlub etdi - Liderliyini möhkəmləndirdi


Lakin ağdamlılar da problemsiz deyil. "Neftçi" də hücumçu problemi yaşamaqdadır.

Komandanın avrokuboklarda uğursuzluğa düçar olmasının ən böyük səbəbi faktiki forvardsız oynaması idi. Ölkə çempionatının bombardirlər siyahısına baxanda da əsasən legioner adlarını görmək olar. 

Məlumat üçün deyək ki, millinin heyətində kifayət qədər hücumçular var: Rüstəm Əhmədzadə, Ramil Şeydayev, Renat Dadaşov, Mahir Emreli yığmanın əsas qol silahlarıdır. “Legiya”nın hücumçusundan başqa digər 3 oyunçu Azərbaycan futbolunun yetirməsi deyil. Mahir Emreli isə peşəkar karyerasına hücumçu olaraq başlamayıb.

Amma əvvəllər Azərbaycan futbolunda forvard qıtlığı yox idi: Qurban Qurbanov, Musa Qurbanov, Samir Əliyev, Samir Musayev, Vadim Vasilyev, Fərrux İsmayılov, Zaur Ramazanov və s. qol ümidləri vardı.

“Qarabağ”ın 14 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi olan Samir Musayevin fikrincə:

“Bizim dövrümüzdə 6-7 hücumçu yığmaya dəvət olunurdu. Baş məşqçi seçim etməkdə çətinlik çəkirdi. O zamanlar qarşılaşmaların taleyini hücumçular həll edirdi. Bombardirlər siyahısında sırf yerli forvardlar olurdular. İndi isə ən çox fərqlənənlər yarımmüdafiəçilərdir. Bu, tək bizdə belə deyil. Avropada sırf hücumçular yoxdur. Təkcə Levandovski, Benzema, Mbappe və Holandın adını çəkə bilərik. Başqa heç kim yoxdur. Çünki baş məşqçilər oyun tərzlərini dəyişiblər. 
 

Super liqa komandalarının sayı coxalmalıdır, birinci liqanın səviyəsi qalxmalı, uşaq futbol akademiyalarının məşqciləri savadlı olmalıdır və akademiya komandalarının beynəlxalq oyun təcrübəsini artırmaq lazımdır. Burada çıxış edən futbolçular 16 yaşından sonra ortalıqda qalırlar”.


Hazırda “Keşlə”nin baş məşqçisi olan Sənan Qurbanov da sabiq hücumçulardandır:

“Həm Premyer Liqada, həm də milli komandada hücumçu yoxluğu yaşanır. Yerli çempionatda çıxış edən uşaqlar da kölgədə qalıblar. Sadəcə, ola bilər ki, bizim dövrdə liqada əcnəbi futbolçular daha az çıxış edirdilər. O zaman hücumçularımızın sayı çox idi. Amma həmin dövrdə Gürcüstandan gələn Badri Kvaratsxeliya, ukraynalı bir çox oyunçular daha çox ön planda olurdular. Amma yerli uşaqlar üçün də şans yaranırdı. İndi isə hansı klubun büdcəsi yaxşıdırsa, ön xəttə əcnəbi hücumçu transfer etmək istəyir. Daha məhsuldar futbolçu axtarırsan ki, sənə il boyu kömək olsun. Məşqçilər də bu məsələdə ölkə futboluna kömək olmalıdırlar. Mən akademiyamızda olan gənc futbolçuları, əsasən də hücumçuları xüsusi nəzarətdə saxlayıram. İndi yaxşı müdafiəçi yetişdirə bilirik, amma yaxşı forvard ortalığa çıxarda bilmirik”.

Haşiyəyə çıxaraq bir faktı qeyd edim ki, uşaqkən məhlə-məhlə oyunlarında da komanda üzvlərinin hamısı hücumda oynamaq istəyir.

Yəni forvardlıq eşqi azərbaycanlılarda var. Sadəcə, bu eşqi stabil karyeraya çevirmək üçün Ronaldinyo, Adriano, Hulk kimi eyş-işrət həvəskarı olmaq yox, Kriştiano Ronaldo kimi öz üzərində çalışmaq lazımdır.

Öz üzərində çalışmaq həm də sağlamlığı qorumaqdır. Ekspertlər demişkən, 90 dəqiqəni başladığın kimi oynaya bilmirsənsə, komandanın bayraqdarı olmayacaqsan. 

Bununla yanaşı, məşqçi problemləri də mövcuddur. Çünki trenerlik ÇL oyunlarına baxmaq, kompüter oyunu "PES"də heyət yığıb qələbə qazanmaqla əldə olunmur. Buna həm liderlik xüsusiyyəti, iti ağıl, həm də beynəlxalq təcrübə lazımdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO