Rəsul Çunayev ermənini 87 saniyəyə məğlub etdi – VİDEO

Rəsul Çunayev ermənini 87 saniyəyə məğlub etdi – VİDEO

Hazırda oxunan: Rəsul Çunayev ermənini 87 saniyəyə məğlub etdi – VİDEO

51857
Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə 56-cı "Dan Kolov – Nikola Petrov” beynəlxalq turniri keçirilir. 
 
Sfera.az bildirir ki, ilk yarış günündə yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (72 kq) və qadın güləşçilərimizdən Elis Manolova (65 kq) mübarizə aparıb. Güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb.

Mübarizəyə 1/8 finaldan başlayan Rəsul Çunayev ilk olaraq Polşa (74 saniyəyə 5:0), ardınca Rumıniya idmançısını vaxtından əvvəl (9:0) təmiz qələbə ilə məğlub edib. Yarımfinalda Türkiyə təmsilçisini də üstələyən (5:1) güləşçimiz finala yüksəlib.

Həlledici görüşdə onun rəqibi Fransanı təmsil edən erməni idmançısı Evrik Nikoqosyan olub. Vaxtından əvvəl rəqibini 87 saniyəyə məğlub edən Rəsul Çunayev 8:0 hesabı ilə turnirin qızıl medalını qazanıb.

Qeyd edək ki, bu turnirdə bu gün mübarizəyə Elman Muxtarov (67) və Mariya Stadnik (50 kq) qoşulub.(oxu.az)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO