Dünya çempionatı iki ildən bir keçirilə bilər – FİFA prezidentinin təklifinə ETİRAZ

Dünya çempionatı iki ildən bir keçirilə bilər – FİFA prezidentinin təklifinə ETİRAZ

Hazırda oxunan: Dünya çempionatı iki ildən bir keçirilə bilər – FİFA prezidentinin təklifinə ETİRAZ

0:00
0:00
51482

Bu gün FİFA milli federasiyaların nümayəndələri ilə onlayn sammit keçirəcək.

Bizim.Media-nın məlumatına görə, AFFA da daxil olmaqla ali futbol qurumuna üzv olan 211 federasiyanın qatılacağı iclasda dünya çempionatının iki ildən bir keçirilməsi növbəti dəfə müzakirə olunacaq.

FİFA prezidenti Canni İnfantino bu ideyanı təbliğ etmək üçün futbol federasiyalarından dəstək almağa ümid edir.

UEFA və KONMEBOL dəyişikliklərin turnirə marağı azaldacağını düşünərək, İnfantinonun layihəsinə qarşıdır.

Mundialın keçirildiyi illərdə təşkilatın gəlirləri xeyli artır. Məsələn, DÇ-2018-ə görə həmin il 4,6 milyard dollar qazanan FİFA bir il sonra cəmi 766 milyon dollar əldə edib. FİFA rəhbəri quruma əlavə gəlir mənbələri tapmağa çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO