“Qarabağ”ın ucarlı transferi: “Ronaldonu bəyənirəm, Messi deyənlərlə isə...” - VİDEO

“Qarabağ”ın ucarlı transferi: “Ronaldonu bəyənirəm, Messi deyənlərlə isə...” - VİDEO

Hazırda oxunan: “Qarabağ”ın ucarlı transferi: “Ronaldonu bəyənirəm, Messi deyənlərlə isə...” - VİDEO

51101

“Qarabağ”ın yeni transferi Rüstəm Əhmədzadə klubun rəsmi "Youtube" kanalına müsahibə verib.

Bizim.Media-nın məlumatına görə, Azərbaycan millisinin hücumçusu bir sıra maraqlı məqamlara toxunub.

Ukraynada doğulan, əslən Azərbaycanın Ucar rayonundan olduğunu bildirən futbolçu 97 nömrəni 9 və 7 nömrələri xoşuna gəldiyi üçün seçib. O, bu rəqəmin ona uğur gətirəcəyinə inanır.
 

MÖVZU İLƏ BAĞLI:

"Qarabağ" millimizin futbolçusunu transfer etdi 


Millimizin hücumçusu “Qarabağ”a keçidini “Gələcəyə doğru böyük addım” kimi dəyərləndirib.

Rüstəm “Ronaldo, yoxsa Messi?” sualına cavab verməkdə çətinlik çəkdiyini isə gizlətməyib: “Mən Ronaldonu daha çox bəyənirəm. Amma Messinin daha yaxşı olduğunu deyənlərlə mübahisə etməyəcəyəm”.

Rüstəm Əhmədzadənin müsahibəsi ilə videodan tanış ola bilərsiniz:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO