Bu gün UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atılacaq.
Bizim.Media xəbər verir ki, İsveçrənin Montrö şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Mərasimdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək. C Liqasında yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv püşkatmaya 3-cü səbətdən qatılacaq.
Əvvəlki mövsümlərdə olduğu kimi A, B və C Liqalarının hərəsində 16 yığma, D Divizionunda isə 7 komanda mübarizə aparacaq.
Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.
Səbətlərin tərkibi
A Liqası
1-ci səbət: Fransa, İspaniya, İtaliya, Belçika
2-ci səbət: Portuqaliya, Niderland, Danimarka, Almaniya
3-cü səbət: İngiltərə, Polşa, İsveçrə, Xorvatiya
4-cü səbət: Uels, Avstriya, Çexiya, Macarıstan
B Liqası
1-ci səbət: Ukrayna, İsveç, Bosniya və Herseqovina, İslandiya
2-ci səbət: Finlandiya, Norveç, Şotlandiya, Rusiya
3-cü səbət: İsrail, Rumıniya, Serbiya, İrlandiya
4-cü səbət: Sloveniya, Monteneqro, Albaniya, Ermənistan
C Liqası
1-ci səbət: Türkiyə, Slovakiya, Bolqarıstan, Şimali İrlandiya
2-ci səbət: Yunanıstan, Belarus, Lüksemburq, Şimali Makedoniya
3-cü səbət: Litva, Gürcüstan, Azərbaycan, Kosovo
4-cü səbət: Qazaxıstan / Moldova, Kipr / Estoniya, Cəbəllütariq, Farer adaları
D Liqası
1-ci səbət: Qazaxıstan / Moldova, Kipr / Estoniya, Lixtenşteyn, Malta
2-ci səbət: Latviya, San-Marino, Andorra
Final mərhələsi 14 - 18 iyun 2023-cü ildə baş tutacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:20 / 16.12.2021
Millətlər Liqasında Azərbaycanın rəqibləri müəyyənləşir - PÜŞKATMA
Hazırda oxunan: Millətlər Liqasında Azərbaycanın rəqibləri müəyyənləşir - PÜŞKATMA
Hazırda oxunan: Millətlər Liqasında Azərbaycanın rəqibləri müəyyənləşir - PÜŞKATMA
50900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.